Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü: Tibb işçiləri yaralandıbackend

Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü: Tibb işçiləri yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb.

Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi “Fiat” markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış naxırına çırpılıb.

Nəticədə, sürücü və avtomobildəki tibb işçiləri – Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

İnterpress.az