Türkiyənin Samsun şəhərində dəhşətli qətl hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qadın əvvəlcə qızını boğaraq öldürüb, daha sonra onun boynunu qırıb və biləklərini kəsərək hadisəni intihar kimi göstərməyə çalışıb.
Lakin məhkəmə-tibbi ekspertiza nəticəsində gənc qadının qətlə yetirildiyi müəyyən edilib. Bundan sonra ana saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
İddialara görə, ana ilə qızı arasında mübahisə qızın “çox sərbəst və dünyəvi” şəxsi həyatı ilə bağlı olub.
Xuraman Etibarlı
İnterpress.az