“Samsung” balıq torlarından smartfonlar hazırlayacaqbackend

“Samsung” balıq torlarından smartfonlar hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samsung” öz smartfonlarını okeana atılan balıq torlarından hazırlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.

Beləliklə, “Samsung” istehsalda təkrar emal edilmiş plastikdən istifadə etməyə başlayacaq. Bu qərarla şirkət birdəfəlik plastik probleminin mərhələli şəkildə həll olunması istiqamətində səylərini vurğulamaq istəyir.

Korporasiya xatırladıb ki, hər il okeana 640 min tona yaxın balıq torları atılır ki, bu da dəniz faunasına və florasına təsir edir və heyvanların təbii yaşayış mühitinə düzəlməz ziyan vurur. Şirkət qeyd edib ki, balıq torlarının toplanması və təkrar emalı okeanların təmiz saxlanmasında mühüm addımdır.

Qeyd edək ki, 2021-ci ilin noyabrında “Samsung” ətraf mühitə zərər verməkdə ittiham edilib.

virtualaz.org