Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artıbbackend

Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın hava məkanında Rusiya aviaşirkətlərinin təyyarələrinin sayı artır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu Rusiyadan olan uçuşların artdığının göstəricisidir.

Məlumata görə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artır.

Əgər indiyədək təyyarələr Gürcüstanın paytaxtına yalnız çərşənbə axşamı və şənbə günləri uçurdusa, indi cədvələ cümə axşamı günləri də əlavə edilib.

Beləliklə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların ümumi sayı 5-ə yüksələcək. Bu marşruta tələbat yüksək olarsa, reyslər gündəlik həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, “Georgian Airways” dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayıb.

Şirkət Sankt-Peterburqa həftədə iki dəfə – çərşənbə və bazar günləri uçuşlar həyata keçirirdi.