“Artıq ağır nəticələri olacaq sanksiyaların ikinci hissəsi razılaşdırılıb”.
Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tviter hesabında yazıb.
“Mənasız iztirablara və mülki əhalinin itkisinə son qoyulmalıdır. Avropa Ukrayna xalqının yanındadır. Biz dəstəyimizi davam etdirəcəyik”, – deyə paylaşımda bildirilib.