Saxta şəxsiyyət vəsiqəsi hazırlayan şəxslər saxlanılıbbackend

Saxta şəxsiyyət vəsiqəsi hazırlayan şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsi saxta sənədlər hazırlamaq və vermək faktı üzrə 3 nəfəri həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Məlumata əsasən, faktla bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində cinayətkar qruplaşmanın üzvlərinin şəxsi, habelə yaşadıqları və kirayə götürdükləri mənzillərə baxış keçirilib, nəticədə müxtəlif ölkələrin sənədləri aşkar edilib. Bunlara sürücü və şəxsiyyət vəsiqələri, diplomlar və digər növ sənədlər daxildir. Eyni zamanda, cinayət işində iştirak edən digər şəxslərin mümkün cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə onlara qarşı əlavə sübutlar toplanır. Faktla bağlı əks-kəşfiyyat idarəsi Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə istintaqı davam etdirir.

Saxlanılan şəxsləri törətdikləri əmələ görə, 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.