Səfirimizdən sərt açıqlama: “Xarici qüvvələr dini şüarlar altında gənc soydaşlarımızı…”backend

Səfirimizdən sərt açıqlama: “Xarici qüvvələr dini şüarlar altında gənc soydaşlarımızı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar xarici qüvvələrin maraqlarına xidmət edərək Gürcüstanda “dini şüarlar” altında yeniyetmə və gənc soydaşlarımızın istifadəsi ilə təşkil edilən “tədbirlər”, eləcə də sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı yazılan əsassız ittihamlar, xüsusən də Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinə qarşı Marneuli şəhərində, eləcə də Tbilisidə Azərbaycan səfirliyi önündə “aksiyaların” keçirilməsinin səfirlikdə və bütövlükdə Azərbaycanda cox ciddi narahatçılıq doğurub”.

İnterpress.az xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev 2022-ci ilin 30 dekabr tarixində Səfirlikdə müsəlman din xadimləri ilə görüşündə deyib.

Diplomatın sözlərinə görə, bu kimi proseslər Azərbaycanda birmənalı qarşılanmır və mənfi qiymətləndirilir.

“Təəssüflə qeyd edirəm ki, məhz bu qəbildən Azərbaycan dövlətinə qarşı soydaşlarımızdan ibarət formalaşan dini qruplar, onların dini pərdə altında qeyri-konstruktiv cəhdləri və yanaşmaları, eləcə də mövcud durum və cərəyan edən proseslər Azərbaycanda birmənalı qarşılanmır, mənfi qiymətləndirilir və bu mövzulara dair səslənən bəyanatlar anlaşılandır. Tbilisidə Azərbaycan səfirliyi önündə xarici qüvvələrin sifarişi ilə təşkil edilmiş sözügedən “aksiyada” Bütün Gürcüstan Müsəlmanları İdarəsini təmsil edən axundun iştirakı da heç bir çərçivəyə sığmır”, – deyən Faiq Quliyev din xadimlərindən bu məsələlərin nəzarətə götürülməsini xahiş edib.
Görüşdə iştirak edən din xadimləri yeniyetmə və gənclərin istifadəsi ilə təşkil olunmuş sözügedən “aksiyaları” qınadıqlarını, yerli azərbaycanlıların xarici qüvvələrin əlində alət olmasının qəbul edilməz olduğunu bildiriblər.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Azərbaycan səfirliyi önündə sözügedən “aksiyada” iştirak edən qurumlarının axundunun təsir altına düşdüyünü və bununla bağlı artıq müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.