Səhiyyə Nazirliyi xaricdə tibb təhsili almış şəxslərə müraciət edibbackend

Səhiyyə Nazirliyi xaricdə tibb təhsili almış şəxslərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2011-ci ildən Azərbaycanda rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər üçün ilk imtahan yanvarın 23-də keçiriləcək.

Həmin şəxslər imtahana buraxılış vərəqəsini imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə əldə edəcəklər.

İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Digər imtahan tarixləri aşağıdakı cədvəl üzrə olacaq.

Keçirilmə tarixi Vaxtı
23.01.2023 saat: 15:00
24.01.2023 saat: 15:00
25.01.2023 saat: 15:00