Şəki işıqsız qalıbbackend

Şəki işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhərində elektrik verilməsində fasilələr yaranıb.

İnterpress.az xəbər verir ki, Şəki şəhər sakinlərindən bu barədə şikayət daxil olub. Kəskin yağışlar zamanı elektrik xəttlərində yaranmış nasazlıqlar artıq 5 gündür öz həll yolunu tapmır və mütəmadi olaraq elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına gətirib çıxarır. Sərt karantin dövründə bu da sakinlərin fəaliyyətlərinə öz mənfi təsirlərini ciddi şəkildə göstərir.
Yaranmış fasilələrlə bağlı Azərişıq ASC-yə müraciət olunub. Cəmiyyətdən məsələyə baxılacağı və problemin tez bir zamanda aradan qaldırılacağı bildirilib.

 

İnterpress.az