“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcəkbackend

“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 saylı Kliniki Tibbi Mərkəz (KTM) yalnız koronavirus xəstələrini qəbul edəcək. “Semaşko” kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.

Artıq mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza məlumatı təsdiq ediblər.

Bu barədə ilk məlumatı Qaynarinfo saytı yayıb.

İlhamə Əbülfət