Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıbbackend

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KamAz” markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.”Report