Şəmkirdə ağır avtomobil qəzası olub.
Məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub, yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində “VAZ-2106″nın sürücüsü və həmin avtomobildə olan sərnişin – Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişinləri, Şəmkir rayon sakinləri 53 yaşlı Elşən Xudaverdiyev və 28 yaşlı Babək Hüseynov ölüb.
“VAZ-2106″da olan digər sərnişin – 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir./report