Seneqalda 11 yeni doğulmuş uşaq yanaraq ölübbackend

Seneqalda 11 yeni doğulmuş uşaq yanaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında ən azı 11 yeni doğulmuş körpə ölüb.

Bu barədə Seneqal prezidenti Makki Sal məlumat verib.

“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü ağrı və dəhşətlə öyrəndim”, – o tviterdə yazıb.

Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.