Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək – RƏSMİbackend

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Serbiya hökuməti Azərbaycana olan bütün dövlət borcunu ödəməyi planlaşdırır.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

Prezident bildirib ki, bu ilin sonuna qədər yol tikintisi üçün Azərbaycandan alınan kredit borcunu tamamilə qaytarmağı düşünürlər.

Onun sözlərinə görə, kredit borcunun ümumi həcmi 300 milyon avro dəyərində olub və artıq məbləğin yarıdan çoxu ödənib. Qalan kredit borcu isə 170 milyon avro dəyərindədir.

Bununla belə, 2011-ci ildən 4 faizlik şərtlərlə götürülən kreditin tamamilə ödənilməsi hökumət üçün daha məqbul hesab edilir.

 

İnterpress.az