Serbiyada məktəblər “bomba xəbərdarlığı”na görə boşaldılıbbackend

Serbiyada məktəblər “bomba xəbərdarlığı”na görə boşaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada bəzi məktəblər bomba təhlükəsindən sonra boşaldılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, ölkə daxilində bəzi məktəblərin elektron poçt ünvanlarına məktəblərə partlayıcı yerləşdirildiyinə dair bildirişlər göndərilib.

Güc strukturları məktəblərin boşaldıldığı və bomba təhdidinin saxta olub-olmamasının yoxlanılacağı bildirilib.

Xatırladılıb ki, mayın 8-dən etibarən Serbiyadakı bütün ibtidai və orta məktəblərdə gündəlik olaraq ictimai asayişin tənzimlənməsi üçün polis nəfərlərinin sayı artırılıb.

Qeyd edək ki, Belqraddakı Vladislav Ribnikar ibtidai məktəbində 14 yaşlı K.K. mayın 3-də mühafizəçilərə və tələbələrə atəş açıb. Hücum zamanı 9-u uşaq, bir mühafizəçi olmaqla 10 nəfər həyatını itirib, 5-i uşaq və biri müəllim olmaqla 6 nəfər yaralanıb.

14 yaşlı gəncin bir aydır hücumu planlaşdırdığı və hücum etdiyi şagirdlərin siyahısının olduğu məktəb planı olduğu bildirilib.

Hücumdan sonra Serbiya boyu hər məktəbə iki polis məmuru yerləşdirilib.

Paytaxtda məktəbə hücumdan iki gün sonra 21 yaşlı U.B. Mladenvacın Dubona kəndində o, hərəkətdə olan avtomobildən avtomatik tüfənglə təsadüfi atəş açaraq 8 nəfəri öldürüb.

Serbiyada 18 nəfərin ölümü ilə nəticələnən iki silahlı hücumdan sonra milli matəm elan edilib.