Səyyad Əlizadənin səhhəti yaxşılaşdı – YENİLƏNİBbackend

Səyyad Əlizadənin səhhəti yaxşılaşdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti barədə yeni məlumatlar var.

O bildirib ki, K.Əlizadə koronavirusdan müalicə aldığı Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan evə buraxılıb:

“Səyyad Əlizadənin vəziyyəti isə yaxşılığa doğru gedir. Həkimlər günorta saatlarında sənətçiyə baxış keçirib. Vəziyyətində müsbət istiqamətə irəliləyiş olduğu deyilir”.

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

O bildirib ki, müğənni ECMO cihazına qoşulu şəkildə saxlanılır:

“Həkimlərin ciddi nəzarəti altında saxlanılır. Səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.