Silahları yerə qoymağa hazır olan İraq qruplaşmaları: ABŞ ilə GİZLİ DANIŞIQLARbackend

Silahları yerə qoymağa hazır olan İraq qruplaşmaları: ABŞ ilə GİZLİ DANIŞIQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqdakı silahlı qruplaşmaların bir hissəsi silahı yerə qoymağa hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Əşarq Əl-Əvsət” məlumat yayıb.

“Koordinasiya strukturu” (Coordination Framework) koalisiyasına daxil olan beş silahlı qruplaşma İraq hökumətinə silahlarını təhvil verməyə hazır olduğunu bəyan edib.

İki digər fraksiya isə bu addımı atmaqdan imtina edib. Silahsızlanmağa hazır olduqlarını bildirən qruplaşmalar “Əsaib Əhli-Haq”, “Bədr” təşkilatı, “Kətaib Seyyid əl-Şuhəda”, “Təar Allah” və “Kətaib İmam Əli” var.

“Bədr” istisna olmaqla, adıçəkilən digər bütün formalaşmalar ABŞ-ın sanksiyaları altındadır.

Mənbəyə görə, “Hizbullah ən-Nücəba” və “Kətaib Hizbullah” qruplaşmaları silahı təhvil verməkdən qəti şəkildə imtina ediblər.

“Həşdi-Şabi” ilə əlaqəli olan digər İraq qruplaşmalarının silahsızlaşdırılması prosesi hələlik qeyri-müəyyən olaraq qalır.

Nəşr qeyd edir ki, bu proses ABŞ ilə aparılan danışıqların mövzusu ola bilər. Burada silahın təhvil verilməsi qruplaşmaların ölkənin siyasi həyatında iştirakı və dövlət vəzifələri tutmaları üçün əsas şərt kimi irəli sürülə bilər.

“Həşdi-Şabi” İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) tam tabe olan İraq şiə hərbiləşdirilmiş təşkilatıdır. 2014-cü ildə yaradılan bu qurum ümumi sayı təxminən 200 min döyüşçü olan müxtəlif silahlı birləşmələri özündə birləşdirən “çətir” təşkilatdır.

İraqda daxili sabitliyin təmin edilməsi və siyasi proseslərin normallaşması üçün qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi prioritet məsələlərdən hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az