Şimali Kiprə yeni turlarla bağlı tədbir keçirilib – FOTObackend

Şimali Kiprə yeni turlarla bağlı tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Respublikasına yeni turlarla bağlı “BTB tours” turizm şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə turların mahiyyətindən söz açılıb və bunun Şimali Kipr-Azərbaycan əlaqələrinin inkişafına daha da təkan veriləcəyi qeyd edilib.

Bildirilib ki, gələcəkdə qarşılıqlı turların reallaşdırılması əlaqələrin inkişafına müsbət təsirlər göstərəcək.

Qeyd edək ki, tədbirdə  Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Ufuk Turqaner, media və QHT nümayəndələri, eləcə də turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, “BTB tours” turizm şirkətlərinin ofisi Bakı ilə yanaşı dünyanın bir çox şəhərlərində – Dubay, İstanbul, Hurgada, Bishkek, Antalya, Almata və Taşkentdə də fəaliyyət göstərir.