Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Azərbaycan xalqına başsağlığı verib.
İnterpress.az xəbər verir ki, Baş nazir Azərbaycan səfirliyinə edilən terror hücumunu pisləyib.
Azərbaycan Respublikasının İran İslam Respublikasının Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücumu qınayan Baş nazir deyib:
“Azərbaycan səfirliyinə qarşı olan xain hücum Şimali Kipr Türk Respublikası xalqı olaraq bizləri dərindən sarsıtmışdır. Başda Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının acısını bölüşürük. Həlak olan qardaşımıza və ailəsinə baş sağlığı diləyirik. Hücum nəticəsində yaralanan qardaşlarımıza şəfa diləyirik”.