Şimali Koreya “Malligyong-1” casus peyki ilə Ağ Ev, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid dörd nüvə hücumu qabiliyyətinə malik gəminin fotoşəkillərini çəkdiyini iddia edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində ölkə lideri Kim Çen Inın casus peyki ilə bağlı əməliyyat hesabatı və Ağ Ev və Pentaqonun peyk tərəfindən çəkilmiş fotoşəkillərini araşdırdığı bildirilib.
Peyk ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dörd nüvə hücumu qabiliyyətinə malik gəminin və Virciniyanın Norfolk Portunda və Newport News Shipbuilding Company, Virciniya ştatındakı hava limanında, ABŞ-a məxsus Quam adasındakı Andersen Hərbi Hava Qüvvələrində bir Britaniya təyyarədaşıyıcısının şəkillərini çəkib. Türkiyə Silahlı Qüvvələrinin bazasından və İtaliyanın paytaxtı Romadan da görüntülər çəkdiyini iddia edib.
Cənubi Koreya casus peykinin buraxılışını təxirə salıb
Yonhap-ın məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyi noyabrın 30-da göndərilməsi planlaşdırılan ilk hərbi casus peykinin buraxılış tarixinin pis hava şəraiti səbəbindən dekabrın 2-nə təxirə salındığını açıqlayıb.
ABŞ-ın kosmik şirkəti SpaceX tərəfindən istehsal edilən “Falcon 9” raketinin daşıdığı casus peykin ABŞ-ın Kaliforniya əyalətindəki Vandenberq Kosmik Qüvvələri bazasından göndərilməsi planlaşdırılır.