Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb.
Bu barədə Cənubi Koreya ordusuna istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, raket artıq dənizə düşüb.
Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.