Şimali Koreya Yaponiya dənizinə doğru daha üç raket atıbbackend

Şimali Koreya Yaponiya dənizinə doğru daha üç raket atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı Şimali Koreya Yaponiya dənizinə doğru daha üç raket atıb.

Ehtimallara görə, onlardan biri “Hvason-17” qitələrarası ballistik raketi, digər ikisi isə qısa mənzilli raketlər olub.

Qeyd edək ki, Koreya yarımadasındakı vəziyyət bazar ertəsi ABŞ və Cənubi Koreyanın 240-a yaxın təyyarənin iştirakı ilə hərbi təlimlərə başlaması ilə gərginləşib. Elə həmin gün Pxenyan “müharibə üçün məşq” adlandırdığı manevrləri tənqid edib və Vaşinqtonla Seulu hədələyib.

Mənbə: TASS