Siyasi şərhçi: “Separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq”backend

Siyasi şərhçi: “Separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki yataqlara nəzarəti bərpa edə bilərsə, separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq: Xankəndi yolundakı aksiyasının hədəflərindən biri də buna nail olmaqdır”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə qalan “Dəmirli” və “Qızılbulaq” yataqları “Vallex Group”un 2001-ci ildə yaratdığı “Base Metals” şirkəti tərəfindən istismar edilir. Müharibədən əvvəl bu yataqların istismarı nəticəsində separatçıların əldə etdiyi illik gəlir 18,7 milyard dram – “büdcə”lərinin 1/3 hissəsi olub. Müharibədən sonra isə qızıl və əlvan metalların dünya bazarında qiymətinin artması nəticəsində bu gəlirlər 45 milyard drama çatıb – “büdcə”lərinin 2/3 hissəsi. Erməni mənbələr “Qızılbulaq” yatağında qızıl və əlvan metalların tamamilə tükəndiyini yazır. “Dəmirli”dən çıxarılan metallar “Qızılbulaq” kombinatında emal edilir. Bu yataqlara nəzarət edə bilsək, separatçı-terrorçu rejim əsas gəlirdən məhrum olacaq və rejimin “sağ qalması”nı daha da çətinləşdirəcək”, o əlavə edib.