Slovakiya Rusiyanın üç diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
İnterpress.az xəbər verir ki, onlar 72 saat ərzində ölkəni tərk etməlidirlər.
“Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının səfirliyini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq fəaliyyətini həyata keçirməyə çağırır”, – deyə məlumatda bildirilib.
Slovakiyadan qovulan rusiyalı diplomatların adları açıqlanmayıb.