Sloveniyanın yeni rəhbərliyindən İsrailə DƏSTƏK MESAJI: Fələstin bayrağı YIĞIŞDIRILDIbackend

Sloveniyanın yeni rəhbərliyindən İsrailə DƏSTƏK MESAJI: Fələstin bayrağı YIĞIŞDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakimiyyət dəyişikliyindən dərhal sonra Fələstin bayrağı Sloveniya hökumətinin binasından endirilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İyunun 4-də Sloveniya parlamenti tərəfindən yeni baş nazir Yanez Yanşanın təsdiqlənməsindən dərhal sonra paytaxt Lyublyanada yerləşən hökumət binasının fasadından Fələstin bayrağı endirilib.

Məlumata görə, bu hadisə hökumət başçısının andiçmə mərasimindən heç bir saat keçməmiş baş verib.

Hazırda binanın üzərində yalnız Sloveniya, Avropa İttifaqı və Ukrayna bayraqları qalıb.

Yerli medianın məlumatına görə, bu cür addımlar Sloveniyanın yeni hakimiyyətinin qəti şəkildə İsrailə doğru istiqamət götürdüyündən xəbər verir.

Qeyd edək ki, yeni baş nazir Yanez Yanşa təhlükəsizlik sahəsində, xüsusən də HƏMAS-la münaqişə fonunda İsrailin maraqlarını açıq şəkildə dəstəkləməsi ilə tanınır.

Xatırladaq ki, Fələstin bayrağının simvolik olaraq qaldırılması 2024-cü ilin may ayının sonlarında baş tutmuşdu.

Həmin vaxt Robert Qolobun rəhbərlik etdiyi əvvəlki hökumət Fələstini müstəqil dövlət kimi tanımağı təklif edən qətnamə qəbul etmişdi.

Sloveniya bu tanınmanı elə həmin ilin iyunun 4-də rəsmi şəkildə elan etmişdi.

Xuraman Etibarlı

İnterpress.az