SOCAR-ın vitse-prezidentinin uzunmüddətli “TOXUNULMAZLIĞI”: Bədəl Bədəlova bu imtiyazı kim verib?backend

SOCAR-ın vitse-prezidentinin uzunmüddətli “TOXUNULMAZLIĞI”: Bədəl Bədəlova bu imtiyazı kim verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köklü dəyişikliklərin baş verdiyi Dövlət Neft Şirkətində (SOCAR) sabiq prezident Rövnəq Abdullayevin “kadr mirası”nın iş başında qalması ortaya ciddi suallar çıxarır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəinki ölkə iqtisadiyyatında, ümumiyyətlə, dövlətin ümumi həyatında daşıdığı əhəmiyyətin əlavə izahata ehtiyacı yoxdur. Bununla belə, SOCAR rəhbərliyində təmsil olunan fiqurların bir çox əməlləri, o cümlədən, şirkətdə hökm sürən atmosfer bu dövlət qurumunda islahatların zəruriliyini qaçılmaz etmişdi.

O baxımdan, bu ilin yayında prezident İlham Əliyevin SOCAR-ın rəhbəri Rövnəq Abdullayevi, həmçinin şirəkitn bir neçə vitse-spikerini vəzifədən azad etməsi vurğulanan zərurətin nəticəsi kimi qiymətləndirildi. Lakin gözləntilərin əksinə olaraq, Rövnəq Abdullayev və müavinlərinin bir qismi vəzifələrini itirsələr də, uzun illər SOCAR-da vitse-prezident postunu bir neçə fiqur kreslolarını qoruyub saxlaya bildi.

Medianın mənfi planda müntəzəm diqqət mərkəzində olan həmin kadrlardan adı qırmızı xətlə keçənlərdən biri də 2011-ci ildən şirkətin Sosial məsələlər üzrə vitse-prezidenti olan Bədəl Bədəlovdur. Vəzifədə olduğu on bir il ərzində Bədəl Bədəlovun ən müxtəlif məslələrdə hallanıb. Təbii ki SOCAR kimi şirkətdə sosial məsələləri kurasiya edən fiqurun əld etdiyi imkan və səlahiyyətlərdən sui-istifadə hallarının pərdə arxasında qalması mümkün deyil.

Ancaq Bədəlov bu imkanlardan öz məqsədləri naminə istifadə cəhdlərini pərdə arxasında saxlamağa ehtiyac görməyib. Ona görə də vəzifənin ona verdiyi səlahiyyətlərdən faydalanmaq üçün uzağa getməyi lazm bilməyib. Bir müddət əvvəl mətbuatda dərc olunan vətəndaş şikayətində Bədəlovun öz qonşusuna qarşı qanqstersayağı davranışından bəhs edilmişdi. SOCAR-ın vitse-prezidenti dəbdəbəli villasının yaxınlığında tikilən kiçik daxmanı özü üçün “təhlükə” olaraq gördüyündən, şirkətin mhafizəçiləri vasitəsilə qonşusuna tikintini davam etdirməyi yasaqlamış, vətəndaşı təhdid etməkdən belə çəkinməməişdi.

Əlbəttə, bu xarakterə malik yüksək məmurun övladlarının da atalarının yolu ilə getməsində təəccüblü heç nə yoxdur. Ona görə də, Bədəlovun oğlu Elçinin sosial şəbəkələrdə öz “parlaq” həyat tərzini daim reklam etməsi adi hal kimi qarşılanır. Məlumata görə, Bədəlovun övladının 2015-ci ildə “Günəşli” yatağında baş verən məlum faciə ilə demək olar, eyni vaxtda bahalı maşınlardan ibarət kolleksiyasının sosial şəbəkələrdə sərgiləməsi onun mənəvi “zənginliyinin” göstəricisi sayılmalıdır.

Ancaq “həvəsdi-bəsdi” prinsipinin bəlli bir nöqtədə aktuallaşdığı vaxt özünü çox gözlətmədi. Yenə də media xəbərlərinin qəhrəmanına çevrilən Bədəl Bədəlovun digər oğlu Elvin “Naftalan Mərkəzi Sanatoriyası” adlı MMC təsis etməsi ilə gündəmə gəldi. O zaman 28 yaşı olan Elvinin biznesə hansı kapital əsasında başladığına dair suallar ritorik xarakter daşıyırdı. SOCAR-ın Sosial siyasət üzrə vitse-prezidentinin oğluna yönəlik belə bir sual səsləndirmək sadəcə, gülüşlə qarşılanardı. Neft sektorunda çalışan sıravi işçilərin sosial xarakterli çoxsaylı şikayətlərini və sözügedən vitse-prezidentin məlum olan-olmayan biznesini də nəzərə alsaq, Bədəl Bədəlov personasının bütün cizgiləri tamamlanar.

Lakin adam nə etdi, nə yapdı, postunu və səlahiyyətlərini, bununla da başladığı “iş”ləri davam etdirmək imkanlarını özündə saxlaya bildi. Sözsüz ki, Bədəlova toxunulmamasında onu himayə edən qüdrətli “əl”lərin rolu böyükdür. Ancaq bu “toxunulmazlığın” dövlətə və cəmiyyətə vurduöu zərbə, həqiqətən, o qədər böyükdür ki, onun tezliklə “dəf”edilməsi mütləqdir. Əks halda, dövlətin zərəri artaraq çoxalacaq.

 

Vətəninfo.az