SON DƏQİQƏ: AMEA məlumat yaydı – həbs olunan köməkçi…backend

SON DƏQİQƏ: AMEA məlumat yaydı – həbs olunan köməkçi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Ramiz Mehdiyevin həbs olunan köməkçisi ilə bağlı məlumat yayıb.

Bu barədə İnterpress.az-a AMEA Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur.

“Eldar Əmirov əslən qarabağlı, Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, – məlumatda qeyd olunub.