SON DƏQİQƏ: Azərbaycanda ehtiyatda olan polkovnikə HÖKM OXUNDUbackend

SON DƏQİQƏ: Azərbaycanda ehtiyatda olan polkovnikə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

İnterpress.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.