SON DƏQİQƏ: Bakıda teplovozla avtomobil toqquşub, ölən var – DƏHŞƏTLİ VİDEObackend

SON DƏQİQƏ: Bakıda teplovozla avtomobil toqquşub, ölən var – DƏHŞƏTLİ VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda teplovozla avtomobil toqquşub, ölən var.

Hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi, Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.