Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Cavanşir Feyziyev “Facebook” səhifəsində bildirib. O, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.
O diqqətə çatdırıb ki, son günlərdə “Facebook”da paylaşdığı statusla bağlı yaranan qalmaqal, həmçinin işinin çoxluğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verməyi zəruri edib.