SON DƏQİQƏ: DTX bu rayonda əməliyyat keçirir, saxlanılan varbackend

SON DƏQİQƏ: DTX bu rayonda əməliyyat keçirir, saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

İnterpress.az-ın məlumatına görə, Bakupost.az “AZfront” Teleqram kanalına istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

“Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür”, – deyə məluatda bildirilir.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

İnterpress.az xəbər verir ki, Bakupost.az -ın məlumatına görə, Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.