SON DƏQİQƏ: Ramiz Mehdiyevin mühafizəçiləri işdən çıxdı – EKSKLÜZİVbackend

SON DƏQİQƏ: Ramiz Mehdiyevin mühafizəçiləri işdən çıxdı – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin mühafizəçiləri işdən çıxıb.

İnterpress.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, R.Mehdiyevin mühafizəçiləri öz ərizələri ilə vəzifəsindən azad olunublar.

Hazırda R.Mehdiyev yaşadığı ünvanı yalnız sürücüsünün müşayiəti ilə tərk edir və yalnız onunla birlikdə işə gedib, evə qayıdır.

Onun fevralın 14 və 15-də AMEA-ya mühafizəsiz gəlib-getdiyi müşahidə olunub.

Qeyd edək ki, R.Mehdiyev fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında vəzifəsindən istefa verdiyini bəyan edib.

Xatırladaq ki, 84 yaşlı R.Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.