SON DƏQİQƏ: Türkiyədəki faciə ilə bağlı Bakıda restoranlarda musiqilər dayandırıldıbackend

SON DƏQİQƏ: Türkiyədəki faciə ilə bağlı Bakıda restoranlarda musiqilər dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə xeyli sayda insan tələfatı ilə nəticələnən zəlzələlərlə əlaqədar olaraq Bakıda yerləşən restoran və əyləncə mərkəzlərində musiqilər dayandırılıb.

Bu barədə İnterpress.az-ın əməkdaşı xəbər verir.

Məlum olub ki, paytaxtın mərkəzində – “Tarqovı”da yerləşən bir çox restoran və əyləncə mərkəzlərində musiqi səsləndirilməsi fəaliyyəti dayandırılıb.

Eyni zamanda ictimai iaşə müəssisələrində quraşdırılan monitorlarda Türkiyəyə başsağlığı ünvanlanıb.

Bununla da qardaş ölkənin xalqına baş vermiş faciə ilə əlaqədar olaraq həmrəylik nümayiş etdirilib.

Qeyd edək ki, bu gün Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində1651 nəfər ölüb, 11 119 nəfər isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük ümummilli matəm elan edildiyini açıqlayıb.