SON DƏQİQƏ: Xocavənddəki qəzada 21 nəfər xəsarət alıbbackend

SON DƏQİQƏ: Xocavənddəki qəzada 21 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib

Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.

Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.