Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti hərbi hücum zamanı əlinə silah götürüb ölkəni müdafiə etməyə hazır deyil.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Forsa araşdırma şirkətinin RTL/NTV televiziya kanalları üçün keçirdiyi sorğuda iştirakçıların 59 faizi “Almaniyanı əlinə silah alaraq müdafiə etməyə hazır olub-olmayacağı” sualına “Yəqin ki, yox” və ya “Qətiyyən yox” cavabını verib.
Sorğuda iştirak edənlərin 38 faizi bu suala “mütləq” və ya “yəqin ki” hazır olduqlarını bildirərək cavab verib.
Yaşı 18-29 arasında olan iştirakçıların 51 faizi ölkəni müdafiə etmək üçün əlinə silah götürməyə “yəqin” və ya “mütləq” hazır olmadığını bildirsə də, 30-44 yaş arasında bu nisbət yüzdə 60, yüzdə 54 olub. 45 yaşdan 59 yaşa qədər olanlar üçün, 60 yaşdan yuxarı olanlar üçün isə 54 faiz, 62 faiz təşkil edib.
Yaşıllar Partiyası tərəfdarlarının 61 faizi, Sosial Demokrat Partiyasının (SPD) tərəfdarlarının 59 faizi, Almaniya üçün Alternativ (AfD) Partiyasının tərəfdarlarının 55 faizi, Xristian Birlik (CDU/CSU) partiyalarının yüzdə 50 və Azad Demokrat Partiyası tərəfdarlarının (yüzdə 47) FDP) tərəfdarları ölkəni müdafiə etmək üçün silah götürməyə “yəqin ki” və ya “qəti” hazır olmadıqlarını bildiriblər.