Sorğu: Baydenin reytinqi yenidən düşübbackend

Sorğu: Baydenin reytinqi yenidən düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalıların yalnız 41%-i ABŞ prezidenti Co Baydenin işini bəyənir, 65%-i isə ölkənin yanlış istiqamətdə getdiyinə inanır.

Bu barədə “Reuters” “Ipsos” araşdırma xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat verib.

Sorğu Baydenin Konqresdəki illik nitqindən əvvəl götürülüb, burada o, prezidentlik müddətinin birinci yarısında əldə etdiyi nailiyyətlər və ikinci dövr üçün planları açıqlayacaq.

Qeyd olunub ki, ABŞ prezidenti Cozef Baydenin ictimaiyyət tərəfindən bəyənmə reytinqi 41% təşkil edərək, onun prezidentliyinin ən aşağı səviyyələrinə yaxındır.

Agentlik əlavə edib ki, Baydenin populyarlığı may və iyun aylarında 36%-ə düşüb və ötən ilin böyük hissəsində 40%-ə yaxın olub.