“SOYDAŞ” təşəbbüs qrupları arasında Futbol Çempionatının qalibi oldubackend

“SOYDAŞ” təşəbbüs qrupları arasında Futbol Çempionatının qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən Təşəbbüs qrupları arasında “Futbol Çempionatı” başa çatıb.

Turnirin yarımfinal mərhələsinin nəticələrinə uyğun olaraq Soydaş FK və Könüllülər TQ final görüşündə qarşılaşıblar. Həyəcanlı keçən final oyununda Soydaş FK qələbə qazanaraq turnirin qalibi olub.

Beləliklə, Təşəbbüs qrupları arasında “Futbol Çempionatı”nın yekun nəticələrinə əsasən İdman Klubu 3-cü yer, Könüllülər TQ 2-ci yer, Soydaş FK isə 1-ci yer tutub.

Turnirin sonunda birinci, ikinci və üçüncü yerdə qərarlaşan komandaların hər bir üzvü müvafiq medal və diplomlarla təltif olunub, qalib komandaya çempionatın kuboku təqdim edilib. Çempionatda iştirak edən digər komandaların üzvlərinə isə layihədə aktiv iştirakçılıqlarından dolayı fəal iştirakçı diplomları tədqim olunub.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Təşəbbüs qruplarını idmanın birləşdirici fəlsəfəsi ilə bir araya gətirmək, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinə töhfə vermək, gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, Soydaş fk ilk qələbəsini dünya azərbaycanlılarına həsr edib.