Stoltenberq İsveçə görə Ərdoğana təşəkkür edibbackend

Stoltenberq İsveçə görə Ərdoğana təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərarına görə təşəkkür edib.

İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Y.Stoltenberq İsveçin iştirakının NATO-nu daha da gücləndirəcəyini vurğulayıb.

Stoltenberq İsveçin üzvlüyünün Türkiyə Böyük Millət Məclisinin iclasında qəbul edilməsindən “məmnun olduğunu” ifadə edərək “Mən də Prezident Ərdoğana sürətli imzasına görə təşəkkür edirəm”, – deyə bildirib.

O, həmçinin Macarıstanın baş naziri Viktor Orban və hökumətinin İsveçin NATO-da iştirakı ilə bağlı dəstək mesajını alqışlayıb və əlavə edib: “Macarıstan parlamenti toplanan kimi Macarıstanın İsveçin üzvlüyünü təsdiqini dörd gözlə gözləyirəm”.