NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu təsdiqləyib.
O, bu barədə “CNN” telekanalına müsahibəsində bildirib.
“Mən bu payızda ayrılıram. Əminəm ki, alyans məni əvəz edəcək layiqli adam tapacaq”-deyə, o bildirib.
Stoltenberq alyansa daxil olan ölkələrin nümayəndələri ondan qalmağı xahiş etsələr sualına cavabında, hələ baş verməmiş bir şey haqqında spekulyasiya etmək istəmədiyini bildirib: “Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımına yönəltmişəm”.