Sumqayıtda xəstəxananın həyətində 32 yaşlı kişi meyiti tapılıb.
İnterpress.az-ın məlumatına görə, 4 saylı xəstəxananın həyətində 1991-ci il təvəllüdlü Abdullayev Xəlifə Oruc oğlunun meyiti tapılıb.
Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.