Suriya ermənilərinin dərhal repatriasiyası TƏLƏB OLUNDUbackend

Suriya ermənilərinin dərhal repatriasiyası TƏLƏB OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya ermənilərinin dərhal repatriasyasını təşkil etmək lazımdır.

İnterpress.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “HayaQue” milli ictimai birliyi bildirib.

Birlik Suriya ermənilərinin dərhal repatriasiyasını təşkil etmək barədə Ermənistan hökumətinə müraciət rdib.

Ötən ilin sonunda “HayaQue” milli ictimai birliyi Suriya Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra yaranmış vəziyyətdən, xüsusən də Suriyadakı erməni icmasının taleyindən dərin narahatlığını bildirib.

“Biz Ermənistan Xarici İşlər Nazirliyindən yerli erməni icmasının təhlükəsizliyinə təminat almaq, habelə Suriyanın erməni icmasının repatriasiyasına yönəlmiş təcili tədbirlər təşkil etmək üçün Suriyanın faktiki hakimiyyət orqanları ilə dərhal dialoqa başlamağı tələb etdik.

Təəssüf ki, proqnozlaşdırdığımız ən pis hadisələr bu günlərdə reallığa çevrilir.

Suriyanın sahilyanı ərazilərində yeni hakimiyyət orqanlarının başlatdığı repressiya yerli ələvi və xristian əhalinin etirazlarına, ardınca isə hazırkı Türkiyəyönlü hökumətə sadiq silahlı qruplar tərəfindən dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə və işgəncələrə səbəb olub.

Ölənlər arasında Suriyanın erməni vətəndaşları da var və zorakılıq dalğası tez bir zamanda ermənilərin məskunlaşdığı digər bölgələrə də yayıla bilər.

Belə bir şəraitdə biz bir daha Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə Suriyanın faktiki hakimiyyət orqanlarından erməni əhalisinin təhlükəsizliyinə təminat almaq və onun repatriasiyasını təşkil etmək üçün təcili tədbirlər görmək tələbi ilə müraciət edirik”, – birliyin bəyanatında deyilir.

Həmçinin “HayaQue” Milli Vətəndaş Birliyi Suriyadakı “faciəvi vəziyyət”lə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması və “zorakılığa son qoyulması” üçün təsirli tədbirlər görülməsi üçün təcili addımlar atılmasını tələb edib.

Xuraman Etibarlı

İnterpress.az