Suriya hakimiyyətİ Aİ ilə sanksiyaların ləğvini MÜZAKİRƏ EDİRbackend

Suriya hakimiyyətİ Aİ ilə sanksiyaların ləğvini MÜZAKİRƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın yeni hakimiyyət orqanları Aİ ilə sanksiyaların ləğvini müzakirə edir.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya Xəbər Agentliyi SANA məlumat yayıb.

Suriyanın keçid hökumətinin iqtisadiyyat naziri Əbdül Hanan Dəməşqdə Aİ nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Əsəd hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini, o cümlədən Avropa ölkələrində saxlanılan dondurulmuş aktivlərin ölkəyə qaytarılmasının vacibliyini müzakirə ediblər.

Əbdül Hanan müxtəlif sahələrdə insan resurslarının bacarıqlarının artırılması üçün proqramların əhəmiyyətini vurğulayıb.

Həmçinin qeyd edib ki, son bir ay ərzində 100-dən çox investor davam edən məhdudiyyətlərə baxmayaraq, yenidənqurma prosesində iştirak etmək üçün artıq ölkəyə qayıdıb.

Xuraman Etibarlı

İnterpress.az