Tailand Kamboca ilə sərhəd döyüşlərində Ukraynaya məxsus T-84 Oplot tanklarını yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Banqkok Preah Vihear məbədi kompleksi ərazisində Kamboca əsgərlərini atəşə tutmaq üçün tanklar göndərib”, – Tailandlı jurnalist Somponq Nondhasa bildirib.
Tailandda cəmi 49 T-84 Oplot tankı var. Onlar 2011-ci ildə alınıb, lakin uzun istehsal dövrü səbəbindən dərhal çatdırılmayıb.
Müqavilə tam olaraq 2018-ci ildə tamamlanıb.
Xuraman Etibarlı
İnterpress.az