Tailandda viza qaydaları DƏYİŞDİ – Müddət 30 günə ENDİRİLDİbackend

Tailandda viza qaydaları DƏYİŞDİ – Müddət 30 günə ENDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailand əcnəbilər üçün vizasız qalma müddətini 30 günə endirib.

İnterpress.az xəbər verir ki, bu barədə Tailand hökuməti məlumat yayıb.

Tailandın viza rejimində dəyişiklik edilib. Əvvəllər bir sıra ölkələrin vətəndaşları ölkədə 60 günə qədər vizasız qala bilirdilər.

Yeni qaydalara əsasən, vizasız qalma müddəti maksimum 30 gün müəyyən edilib.

Krallıq hakimiyyəti bu qərarın miqrasiya axınlarına nəzarəti gücləndirməyə kömək edəcəyinə, eyni zamanda ölkənin turizm cəlbediciliyini qoruyub saxlayacağına ümid edir.

Yeni qaydaların yaxın günlərdən etibarən tətbiq ediləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az