Avstraliyada insan cəsədlərinin komposta çevrilməsinə İCAZƏ VERİLDİbackend

Avstraliyada insan cəsədlərinin komposta çevrilməsinə İCAZƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada vəfat edən insanların cəsədlərinin komposta çevrilməsinə icazə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri məlumat yayıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatında vəfat edən insanların cəsədlərindən kompost kimi istifadə edilməsinə icazə verən qanun qəbul olunub.

Qanun 2028-ci ildən qüvvəyə minəcək. Bu üsuldan istifadə olunması üçün şəxs sağlığında vəfatından sonra bədəninin komposta çevrilməsinə razılıq verməlidir.

Bildirilib ki, yeni təcrübənin tətbiqi qəbiristanlıqlar üçün ərazi çatışmazlığı probleminin həllinə kömək edə bilər.

Xuraman Etibarlı

İnterpress.az