Dağıstan məktəbində uşaq ayağını sındırıb, təcili yardım çağırılmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Dağıstanın Kaspiyskdəki Dövlət Musiqi və Xoreoqrafiya İnternat Məktəbində tənəffüs zamanı itələnən uşaq yıxılaraq ayağını sındırıb. Lakin hadisədən sonra təcili tibbi yardım çağırılmayıb.
Məlumata görə, məktəbin tibb məntəqəsində uşağın xəsarəti sınıq deyil, əzilmə kimi qiymətləndirilib və o, yenidən sinfə göndərilib.
Hadisə barədə uşağın anasına isə yalnız dörd saat sonra məlumat verilib.
Xuraman Etibarlı
İnterpress.az






