Sankt-Peterburqda 9 yaşlı qızı qaçırmağa cəhd edən 38 yaşlı kişi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində naməlum kişi binanın girişində 9 yaşlı qıza hücum edərək onu qaçırmağa cəhd edib.
Məlumata görə, kişi uşaqla birlikdə liftə minib və onunla söhbət etməyə başlayıb. Lift 9-cu mərtəbədə dayandıqda isə qızı zorla pilləkən meydançasına çıxarıb.
Səs-küyü və uşağın qışqırıqlarını eşidən qonşulardan biri hadisə yerinə qaçaraq müdaxilə edib. Qadının müdaxiləsindən sonra hücum edən şəxs hadisə yerindən qaçıb.
Daha sonra şübhəli saxlanılıb. Onun 38 yaşlı yerli sakin olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






