Moskva–Sankt-Peterburq reysindən əvvəl stüardın ayağına konteyner düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Oktyabrın 20-də Moskva–Sankt-Peterburq reysinin sərnişinləri təyyarəyə minməzdən əvvəl ekipaj üzvünün ayağına konteyner düşüb.
Hadisə nəticəsində stüard ayağından əzilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Tibbi müayinədən sonra onun uçuşu yerinə yetirməsinə icazə verilməyib və o, reysdən kənarlaşdırılıb.
Xuraman Etibarlı
İnterpress.az






