Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə iləgündəmə gəlibbackend

Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə iləgündəmə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çoxverilişlərin aparıcısı olan Ramal Hüseynov SMG Media ilə birgə yeni sosial layihə başladıb.

Dalan 18+ adlı layihə faciəvi həyat yaşamışinsanların təsirli ağır həyat hekayələriniizləyicilərə çatdırır. Silsilə buraxılışlardan ibarət bulayihədə insan alveri, qadın haqları, məişət zorakılığı, gender problemləri, uşaqlara qarşı cinsi zorakılıq, psixoloji və digər zorakılıq növlərini yaşamış insanların real hekayələri onların öz dilindən nəql olunur.

Ramal Hüseynov layihə haqqında fikirlərinibölüşərkən bildirib ki, bu həyat hekayələrini olduğukimi təqdim etməkdə əsas məqsədimizcəmiyyətimizdəki çox insanların xəbərsiz olduğuproblemləri real şəxslər üzərində göstərmək nəticəçıxarmağı onların özünə buraxmaqdır. “Biz bu həqiqətləri heç bir mübaliğəsiz, təhrif, tənqid və təbliğ etmədən ictimaiyyətə çatdırmaqla valideynlərə, gənclərimizə, ümumilikdə cəmiyyətimizə bir həyəcan təbili çalırıq. Onları daha diqqətli olmağa, bu hekayələrdən düzgün nəticə çıxarmağa çağırırıq.”, – deyə aparıcı sözlərinə əlavəedib. O, həmçinin, oxşar həyat hekayələrini yaşamışinsanlara səslənərək onları yaşadıqları hadisələri istəranonim, istərsə açıq şəkildə  bölüşməyə dəvətedib. “Bu halların heç birinə laqeyid yanaşmaq olmaz. Nə qədər çox insan bu barədə məlumatlansa, onların həllini birgə daha rahat tapmaq olar”.

Qeyd edək ki, Dalan 18+ layihəsinin ilk buraxılışındainsan alverinin faciəvi qurbanı olmuş bir qadın özyaşadıqlarını bütün incəlikləri ilə bölüşüb. Biz həmin videonu izləyicilərimizlə bölüşürük.