Taylandda magistral yolda baş verən yol qəzası nəticəsində 2-si uşaq olmaqla 11 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Mittraphap şossesində saatda 100 kilometr sürətlə hərəkət edən sərnişin avtobusu maneəyə çırpılıb.
Qəzadan sonra baş verən partlayış nəticəsində avtomobil yanıb, sürücü də daxil olmaqla içərisində olan 12 nəfərdən 11-i dünyasını dəyişib.
Qəzada ölənlərdən 2-nin uşaq olduğu qeyd edilib, xəsarət alan 20 yaşlı yeniyetmə Si Khiu xəstəxanasına aparılıb.
Qəzadan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.